“Əskişəhərspor” Necati Atəşi satmağa hazırdı
13.12.2013 - 11:34
“Klubun maddi durumu ortadadır. Bu şərtlərdə transfer etmək imkanımız yoxdur. Əlində olan futbolçulara çətinliklə maaş verən klubun kənardan oyunçu alması düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Ərtuğrul Sağlam deyib.
Türkiyənin “Əskişəhərspor” klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu səbəbdən böyük məbləğdə məvacib alan bəzi oyunçuların satılması gündəmdədir. Satılacağı gözlənilən futbolçulardan Necati Atəşin adı “Xəzər Lənkəran”la yanaşı hallanmaqdadır.
Sağlam bildirib ki, vəziyyət ürəkaçan olmadığından Necati də daxil olmaqla bir sıra oyunçunun komandanı tərk etməsi realdır: “Azarkeşlərimiz hər şeyi olduğu kimi bilsin, komandadan çox böyük uğurlar gözləməsinlər. Əlimizdəki futbolçuları itirməmək üçün dua edək”.
“Əskişəhərspor” rəhbərliyi isə istənilən futbolçusunu satmağa hazır olduğunu bəyan edib. Klubun rəsmi mövqeyi belədir: “Necati Atəşə üçün hələlik rəsmi təklif almamışıq. Dəyəri ödənildikdən sonra satılmayacaq futbolçumuz yoxdur”.
Qeyd edək ki, Türkiyə mətbuatı “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin Necati Atəşi sərəncamında görmək istədiyini yazıb. Futbolçu özü saytımıza müsahibəsində Azərbaycanda çıxış etməyin əleyhinə olmadığını açıqlayıb.

0
0