Vaqif Cavadov: Çempion olmaq istəyiriksə...
13.12.2013 - 12:18
Vaqif Cavadov: Çempion olmaq istəyiriksə...
“Sumqayıt”la qarşıdakı oyuna ciddi hazırlaşırıq. Rəqibin autsayder olması bizim planlarımıza təsir edə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in hücumçusu Vaqif Cavadov deyib.

Topaz Premyer Liqasının XVII turunda “bankirlər” autsayderlə qarşılaşacaq ki, Cavadov bu oyunda qələbəyə kökləndiklərini söyləyib: “Neftçi”, “Qarabağ” və “Qəbələ”yə qarşı necə hazırlaşırıqsa, “Sumqayıt”a qarşı da eyni cür hazırlıq gedir. Rəqibin kimliyindən asılı olmayaraq, biz xal itirməməliyik. Çünki turnir cədvəlində elə mövqedəyik ki, çempion olmaq istəyiriksə, bundan sonrakı görüşlərdə maksimum nəticə qazanmalıyıq”.

Qeyd edək ki, “İnter” – “Sumqayıt” matçı sabah keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.