Şahin Diniyev: ...indi burada olmazdım
13.12.2013 - 13:26
“Bu komandaya gəldiyim üçün peşman deyiləm”. Bu sözləri apasport.az saytına müsahibəsində “Rəvan”ın baş məşqçisi Şahin Diniyev deyib.
Topaz Premyer Liqasının XVI turunda AZAL-ın qonağı olan “Rəvan” son dəqiqələrdə buraxdığı qollarla qələbəni əldən verdi (1:2). Oyundan sonra təşkil edilən mətbuat konfransında Diniyev heyətin yetərsiz olduğunu ifadə edərək, “texniki zona”nı tərk etmək istədiyini söylədi.
Təcrübəli mütəxəssis əməkdaşımızla söhbətində həmin anda emosional davrandığını etiraf edib: “Belə şeylər olur. Emosiyasız futbol, futbol deyil. Son dəqiqədə buraxdığımız qollarla məğlub olduğumuz üçün məyus idim. Ona görə də, bu cür ifadələr işlətdim. “Rəvan”a gəlməyimi səhv addım saymıram. Çətinliklərin olacağını öncədən bilirdim. Bura vəziyyəti dəyişmək, komandaya kömək etmək üçün gəlmişəm. Bacaracağımıza inanmasaydım, indi burada olmazdım. Rəhbərlik və futbolçular arasında qarşılıqlı inam var. Hazırda ağır günlər yaşasaq da, vəziyyətdən çıxacağımız bilirik”.
Qeyd edək ki, “Rəvan” Premyer Liqada şahin Diniyevin rəhbərliyi altında 7 oyun keçirsə də, qalib gələ bilməyib. Hazırda hesabında 9 xal olan paytaxt klubu 9-cu pillədə qərarlaşıb.

0
0