Sonuncudan əvvəlki: Qış çempionu müəyyənləşə bilər
13.12.2013 - 14:09
Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək turun 2 qarşılaşması şənbə, digər 3 oyunu ertəsi baş tutacaq.
İlin sonuncudan əvvəlki turu qonşuların duelləri ilə əlamətdar olacaq.
Belə ki, 5 qarşılaşmadan üçündə turnir cədvəlindəki qonşu komandalar üz-üzə gələcək.
İlk belə matç Zaqatalada keçiriləcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Simurq”la AZAL-ın görüşündə qələbə hər 2 komandanın irəliləməsinə səbəb ola bilər. Ardıcıl 4 oyundur qol buraxan bakılılar 3 xal qazansalar, digər paytaxt klublarının büdrəməsindən asılı olaraq, durumunu yaxşılaşdıracaq.
İlk oyun gününün digər matçında “İnter” “Sumqayıt”ı qəbul edəcək. 6 matçdır uduzmayan bakılılar autsayderi məğlub etməyə borcludurlar. Çünki 13 turdur qələbə həsrətində olan qonaqlar ciddi problemlər yaşayır. Həm də “Gənclik şəhəri” təmsilçisi indiyədək “İnter”in qapısına qol vurmayıb. Bu qələbə “bankirlər”i ilk “üçlüy”ə bir az da yaxınlaşdıra bilər.
Ən azı gələn ilə qədər ən yüksək 3 pilləni tərk etməyəcəyi dəqiqləşən liderləri bu tur çətin sınaq gözləyir. Çempionatın lideri “Qarabağ” səfərdə “Bakı”nın qonağı olacaq. Mükafatçılar sırasına düşmək arzusunu daha da çətinə salmamaq üçün Milinko Pantiçin yetirmələri qalib gəlməlidir. Məğlubiyyət isə paytaxt futbolçularını liderlərdən xeyli uzaq salacaq. “Qarabağ”ın qələbəsi isə onların indidən qış çempionu olmasına kifayət edə bilər. Lakin bunun üçün digər qarşılaşmanın nəticəsi münasib olmalıdır.
Söhbət liderin 2 ən yazın izləyicisi – ilk “üçlük”dəki qonşular “Neftçi” ilə “Qəbələ” arasında qarşılaşmadan gedir. Bu görüşdəki heç-heçə “Qarabağ”ın 2013-cü ili zirvədə bitirməsini rəsmiləşdirə bilər. Təbii ki, ağdamlılar udacağı halda.
“Neftçi”nin meydanındakı qarşılaşmanın nəticəsi lideri də dəyişə bilər. “Qarabağ” uduzsa, bu matçın qalibi vahid lider olacaq. Ağdamlıların heç-heçə edəcəyi halda isə yalnız “Qəbələ” onları keçmək şansı qazanacaq. Liderin 1 xal qazanmasından sonra isə “Neftçi” qələbə ilə də zirvəyə yalnız şərik çıxa bilər. Ağdamlılar uduzsa, izləyicilərinin heç-heçəsi halında əyalət təmsilçiləri şərikli lider olacaq.
Qonşuların iştirakı ilə daha bir oyun Lənkəranda keçiriləcək. 6 turdur qələbə qazana bilməyən “Xəzər Lənkəran” yeni baş məşqçisi Mustafa Dənizlinin rəhbərliyi altında çempionatda ilk ev oyununa çıxacaq. Cənublular mövsümün 2 aşkar autsayderindən biri “Rəvan”ı qəbul edəcək. 11 matçlıq qələbəsizlik seriyası yaşayan paytaxt təmsilçisi üzərində qələbə “Xəzər Lənkəran”ın 1 pillə irəliləməsi ilə də nəticələnə bilər. Bunun üçün “Simurq”un 1 gün əvvəl uduzması lazımdır.
Topaz Premyer Liqası
XVII tur
14 dekabr (şənbə)
17:00. “Simurq” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu
17:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu
15 dekabr (bazar)
14:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim məşq bazasının stadionu
16:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
“Bakcell Arena” stadionu
Bombardir: Vaqif Cavadov (İnter) - 8 qol

| komanda | o | q | h | m | t | x | |
1 | Qarabağ | 16 | 9 | 6 | 1 | 28-9 | 33 |
2 | Qəbələ | 16 | 10 | 2 | 4 | 24-14 | 32 |
3 | Neftçi | 16 | 9 | 4 | 3 | 24-16 | 31 |
4 | İnter | 16 | 7 | 3 | 6 | 25-19 | 24 |
5 | Bakı | 16 | 7 | 3 | 6 | 27-18 | 24 |
6 | AZAL | 16 | 5 | 6 | 5 | 15-19 | 21 |
7 | Simurq | 16 | 4 | 7 | 5 | 13-14 | 19 |
8 | Xəzər L | 16 | 3 | 7 | 6 | 11-21 | 16 |
9 | Rəvan | 16 | 1 | 6 | 9 | 9-28 | 9 |
10 | Sumqayıt | 16 | 1 | 4 | 11 | 8-26 | 7 |

0
0