“Xəzər Lənkəran” “Rəvan”la oyuna itkisiz hazırlaşır
13.12.2013 - 16:29
Bazar günü Topaz Premyer Liqasının XVII turu çərçivəsində “Rəvan”ı qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdəki bazasında hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən qar yağması səbəbindən məşqini qapalı süni örtüklü meydanda keçirən “Xəzər Lənkəran” bu gün ehtiyat meydanda məşqinə çıxıb.
Saat 11:30-da başlayan hazırlıq əsasən taktiki çalışmalardan ibarət olub və bütün futbolçular, eləcə də Topaz tərəfindən ötən ayın ən gözəl qolunun müəllifi seçilən Elnur Abdullayev məşqdə istirak edib. Sabah oyun öncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” matç saatını gözləyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Rəvan” matçı dekabrın 15-i, saat 16:00-da keçiriləcək.

0
0