2 günə 2 oyun və ya lideri dəyişməyəcək tur
13.12.2013 - 16:34
2 günə 2 oyun və ya lideri dəyişməyəcək tur
Sabah qadın voleybolçular arasında Super Liqanın V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində keçiriləcək turda yenə 2 qarşılaşma baş tutacaq və 2 gün davam edəcək. Bu qarşılaşmaların nəticələri isə lider dəyişikliyinə səbəb olmayacaq.

Belə ki, ilk oyun günündə “İqtisadçı” “Telekom”u sınağa çəkəcək. Son 2 turda avrokubok qarşılaşmalarına görə görüşləri təxirə salınan “tələbələr” matçın favoriti hesab olunurlar. Çünki məğlubiyyət Bülənt Karslıoğlunun yetirmələrinin mövqeyini itirməyi ilə nəticələnə bilər.

Lakin “Telekom”un da qalib gəlməsi və ya xal qazanması sensasiya olmayacaq. Artıq gözəl kollektiv formalaşdıran “Rabitə”nin davamçıları yuxarı pillələrə qalxmaq arzusundadırlar.

Bazar günü isə “Lokomotiv” – “Azəryol” dueli baş tutacaq. Qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən də söyləmək olar. Çünki hazırda “dəmiryolçular”ın düşərgəsində yüksək əhval-ruhiyyə olduğu halda, “Azəryol” Çempionlar Liqasında “Qalatasaray”a məğlubiyyətin acısını yaşayır.

Amma buna baxmayaraq, Ancelo Vercesinin komandası qalib də gələ bilər. Onlar “İqtisadçı” xal itirəcəkləri halda ikinci yerə də yüksələcək. Lakin “Lokomotiv” də mövqeyini yaxşılaşdırmaq iddiasındadır və onlar da 3 və ya 2 xal qazanaraq, irəli getməyi hədəfləyiblər.

V tur
14 dekabr

17:00. “İqtisadçı” – “Telekom”

15 dekabr
17:00. “Lokomotiv” – “Azəryol”

Rabitə
3
3
0
9-1
253-195
9
İqtisadçı
2
2
0
6-2
186-164
5
Azəryol
3
2
1
7-6
286-295
5
Azərreyl
4
1
3
7-9
356-362
5
Lokomotiv
4
1
3
5-9
275-321
4
Telekom
4
1
3
4-11
314-333
2

Qeyd edək ki, bu dəfə də “Azərreyl” – “Rabitə” qarşılaşması təxirə salınıb.