“Poqon” Nizami Hacıyevi yox, baxışa gələni saxlayır
13.12.2013 - 17:12
“Poqon” Nizami Hacıyevi yox, baxışa gələni saxlayır
“Qəbələ”nin futbolçusu Nizami Hacıyevin baxışda olduğu “Poqon” həmyerlimizin çıxış etdiyi cinah yarımmüdafiəsi xəttinə oyunçu tapmağa yaxındır. Apasport.az saytının məlumatına görə, baxışda olan, ancaq Polşanın aşağı dəstə təmsilçisi “Stomil”ə məxsus olan Dominik Kun komandada saxlana bilər.

20 yaşlı sol cinah yarımmüdafiəçisi, eləcə də 18 yaşlı hücumçu Qoplo Kruşvitsaya həftənin sonuna kimi baxışda olmaq imkanı yaradılıb. Hər 2 futbolçu hələlik ümidləri doğrultmaqdadır.

Qeyd edək ki, Nizami Hacıyevin yerinə 22 yaşlı Minori Sato da gətirilib. Yaponiyalı futbolçu da hazırda “Poqon”da baxışdadır.