Ruslan Abışov: Biznesmen olacam
13.12.2013 - 17:39
Ruslan Abışov: Biznesmen olacam
“Rubin”in şərəfini qoruyan Ruslan Abışov Kazan təmsilçisinin yeniyetmə futbolçuları ilə görüşüb. Apasport.az saytının məlumatına görə, millimizin üzvü dünya futbol gününün qeyd edildiyi 10 dekabr tarixində istedadlı uşaqlarla söhbət zamanı onların suallarını cavablandırıb.

Abışov futbolçu karyerasını 35 yaşında bitirəcəyini və biznesmen olacağını açıqlayıb:
“Karyeramı bitirdikdən sonra nə ilə məşğul olacam? Futbolçu karyeramı 35 yaşımda tamamlamağı və biznesmen olmağı planlaşdırıram. Məşqçi olacammı? Yox, bu çətin işdir. Uşaqlarım futbolla məşğul olacqlarmı? Futbolu sevməsələr, məcbur edən deyiləm. Mən uşaq olanda həmişə futbola baxırdım. Kumirim ispaniyalı Fernando Yerro idi. İndi isə Serxio Ramos və Xabi Alonsodan xoşum gəlir”.