“Qəbələ”nin gözü “Beşiktaş”da
13.12.2013 - 18:10
“Qəbələ”nin gözü “Beşiktaş”da
Yanvarın 5-dən 27-dək Antalyanın Bələk bölgəsindəki “Gloria Serenity” otelində məskunlaşacaq “Qəbələ”nin yoxlama oyunlarındakı rəqiblərinin adlarına qismən aydınlıq gəlməyə başlayıb. Apasport.az saytının məlumatına görə, İstanbulun 3 nəhəngindən biri olan “Beşiktaş” da bu oteldə məskunlaşacaq.

“Beşiktaş” yanvarın 3-dən 18-dək bu məkanda məskunlaşdığından, “Qəbələ”nin bu komanda ilə yoxlama oyunu keçirməsi real görünür. Bundan başqa, Qəbələ klubunun “Konyaspor” və Sofiya MOİK-i ilə də qarşılaşmaq ehtimalı var.

Belə ki, Superliqa təmsilçisi ilə görüş yanvarın 16-da, Bolqarıstan klubu ilə hazırlıq matçının isə həmin ayın 27-də keçirilməsi gündəmdədir. Məhz “Qəbələ” Sofiya klubu ilə yoxlama oyunundan sonra vətənə qayıtmalıdır.