“Qəbələ”: Biri gedir, biri qalır - FOTO
13.12.2013 - 18:02
“Qəbələ”: Biri gedir, biri qalır - FOTO
“Qəbələ” müqaviləsi dekabrın son günlərində başa çatacaq Nikola Valentiç haqqında qərarını verib. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, serbiyalı futbolçu ilə əməkdaşlıqda maraqlıdırlar.

Onunla 1 illik müqavilə bağlanması gözlənilir. Ancaq hələ 1,5 illik müqaviləsi mövcud olan Şəhriyar Xəlilov heyətə düşməkdə çətinlik çəkdiyi üçün gənc futbolçuya özünə yeni klub tapmaq məsləhət görülüb. Bu üzdən futbolçuya transfer vərəqinin verilməsində problem yaradılmayacaq.

Qeyd edək ki, Şəhriyar Xəlilov ötən ilin yayında “Qəbələ”yə “Xəzər Lənkəran”dan keçmişdi.