Pexa və Abdullayev “Xəzər Lənkəran”a qarşı oynaya biləcək
13.12.2013 - 21:24
Bazar günü "Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XVII turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub. Apasport.az klub saytına istinadən xəbər verir ki, “aslanlar” bu gün "Bayıl Arena”da məşqə çıxıb.
Təxminən saat yarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdir. Həsənəliyev həftəsonu meydana çıxa biləcək.
4 sarı vərəqəyə görə cəzalı duruma düşən Ceyhun Cavadovla Novruz Məmmədov isə Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.
Sabah səhər Lənkərana yola düşəcək Şahin Diniyevin komandası oyun öncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək.

0
0