“Atletiko” ÇL-in ən yaxşısı seçildi
13.12.2013 - 22:42
“Atletiko” ÇL-in ən yaxşısı seçildi
UEFA cari mövsüm üçün Çempionlar Liqasının ən yaxşılarını müəyyənləşdirib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumu bu mövsüm heç bir oyunda uduzmayan və sadəcə bir heç-heçə edən “Atletiko”nu (Madrid) ən yaxşı klub adına layiq görüb.

Digər İspaniya təmsilçisi “Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo isə mövsümün ən yaxşı futbolçusu olub.

PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin oktyabrın 23-i "Anderlext"lə qarşı vurduğu 3-cü qolu isə mövsümün ən gözəl qolu seçilib.

İsveçrənin “Bazel” klubu isə hər iki oyunda İngiltərə nəhəngi “Çelsi”ni məğlub etdiyi üçün mövsümün sürprizinə imza atıb.

Şotlandiya “Seltik”inin qapıçısı Freyzer Forster isə “Barselona” qarşısındakı çıxışına görə ən yaxşı qolkiper adına layiq görülüb.

"Mançester Yunayted"in 40 yaşlı futbolçusu Rayan Qiqqz ÇL-in 145 oyununda meydana çıxdığına görə turnirin rekorduna imza atıb.