Blatterdən Türkiyə Futbol Federasiyası ilə bağlı sərt açıqlamalar
13.12.2013 - 22:58
FİFA prezidenti Yozef Blatter “Qalatasaray”ın fildişi sahilli futbolçuları Didye Droqba və Emmanuel Ebuenin Mandelaya həsr edilən yazılı tişör səbəbindən cəzalandırılmasına qarşıdır. Apasport.az saytının məlumatına görə, Blatter Türkiyə Futbol Federasiyasını ayrıseçkilik etməkdə günahlandırıb:
“Ötən həftə “Qalatasaray”la “Elazığspor” arasında keçirilən matçda Didye Droqba və Emmanuel Ebue Nelson Mandelaya təşəkkür etmək məqsədilə onu yad etdilər. İndi Türkiyə Futbol Federasiyası onların siyasi mesaj verdiklərini iddia edərək hər iki futbolçunu cəzalandırmaq istəyir. Bu bir siyasi mesaj deyildir. Mən bu futbolçuları heç bir şəkildə cəzalandırmaram. Sadəcə bir Mandela var. Ona təşəkkür etmək istəyən bir insanı cəzalandırmaq ayrıseçkilikdir. Nelson Mandelanı alqışlamaq, onu hörmətlə yad etməliyik. O, bir röyanı gerçəkləşdirdi”.
Qeyd edək ki, Türkiyə Superliqasının XIV turunda "Qalatasaray"la "Elazığspor" arasında keçirilən oyundan sonra "sarı-qırmızılar"ın futbolçuları Drogba və Ebue formalarının altından geydikləri Cənubi Afrika Respublikasının mərhum prezident nelson Mandelayai həsr edilən yazılı tişörtlə bağlı icazə almadıqları üçün TFF-nin Nizam–İntizam komitəsinə sövq ediliblər.

0
0