Ançelotti: Falkaoya ehtiyacımız yoxdu
14.12.2013 - 00:06
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində “Monako”nun hücumçusu Radamel Falkaonu transfer etməyəcəklərini deyib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan italiyalı mütəxəssis komandasının hücum xəttindən razı olduğunu deyib:
Ançelotti Falkaoya ehtiyacları olmadığını bildirib: “Falkao əla futbolçudur. Amma biz hücumçularımızın çıxışından çox razıyıq. Komandamız çoxlu qollar vurur. Hesab edirəm ki, Falkaoya ehtiyacımız yoxdur”.
Qeyd edək ki, Kolumbiya millisinin də üzvü olan Falkao bu yay “Atletiko”dan (Madrid) Fransanın “Monako” klubuna transfer olunub. Hazırda 27 yaşlı forvardın “Real”a keçəcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb.

0
0