Melo: Adımı “Qalatasaray”ın unudulmazları sırasına yazdırmaq istəyirəm
14.12.2013 - 03:11
“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo gələcək hədəfləri ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə. “NTV Spor”a danışan 30 yaşlı yarımmüdafiəçi “sarı-qırmızılı” klubda tarix yazmaq istədiyini deyib:
“Türkiyə çempionatında mübarizə aparmaq həqiqətən də çox çətindir. Çempion olduğumuz illərdə bunu daha yaxşı gördüm. Burada Rəqabət çox güclüdür. Çoxlu qalibiyyətlər əldə edərək, xal fərqini azaltmaq istəyirik. Dördüncü ulduzu taxaraq adımızı “Qalatasaray” tarixinə yazdırmaq istəyirik. Əlavə olaraq, mən daha çox işlər görərək, adımı bu camiyənin unudulmazları sırasına yazdırmaq istəyirəm. Burada daha çox kuboklar qazanmağı niyyətindəyəm. Azarkeşlərimiz də yanımızda olduğu müddətcə daha güclü olacağıq”.
Qeyd edək ki, Melo 2011-ci ildən İstanbul klubunda çıxış edir.

0
0