“Beşiktaş” baş məşqçisiz qala bilər
14.12.2013 - 04:25
“Beşiktaş” baş məşqçisiz qala bilər
Avstriya “Zalsburq”u “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçi komandanın başına gətirmək istəyir. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi yaxın günlərdə İstanbul təmsilçisinə bu barədə rəsmən müraciət edəcək.

Məlumatda o da qeyd olunur ki, avstriyalılar artıq bu barədə Biliçlə də danışıb və ona illik 5 milyon avro təklif edib. 44 yaşlı mütəxəssisin də bu keçidə isti münasibət bəslədiyi deyilir.

Qeyd edək ki, xorvatiyalı çalışdırıcı bu yay “Beşiktaş”la anlaşıb.