“Simurq”dan darmadağın, “Sumqayıt” yenə uduzdu
14.12.2013 - 18:55
“Simurq”dan darmadağın, “Sumqayıt” yenə uduzdu
Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək turun ilk oyun günündə 2 görüş baş tutub.

“Simurq” doğma azarkeşləri qarşısında AZAL-ı sınağa çəkib. “Təyyarəçilər” “Rəvan” qarşısındakı qalibiyyətdən sonra bu matçda da müsbət nəticə qazanaraq, həm uğurlu seriyanı davam etdirmək, həm də ən yaxın təqibçisi ilə aradakı xal fərqini artırmaq niyyətində olsalar da, istəklərinə çatmayıblar. Əksinə, Georgi Çixradzenin yetirmələri darmadağınla AZAL-ı yenidən qabaqlayıblar.

Turnir cədvəlinin birinci yarısında qərarlaşan “İnter” isə öz meydanında “Sumqayıt”ı qəbul edib. Paytaxt klubu autsayder qarşısında rahat qalibiyyət əldə edərək, xallarının sayını 27-yə çatdırıb.

Qeyd edək ki, XVII tur sabah keçiriləcək 3 qarşılaşma ilə yekunlaşacaq.


Topaz Premyer Liqası
XVII tur

14 dekabr (şənbə)


“Simurq” – AZAL - 3:0
QOLLAR: Draqan Çeran, 25; Raul Kostin, 45; Ruslan Poladov, 85
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Olivyera, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo, 28. Nenad Kiso
Baş məşqçi: Georgi Çixradze

AZAL: 1. Ruslan Məcidov, 2. Juan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Junior Ailton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskars Klava, 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç (k), 21. Rey Məmmədbəyli, 23. Tural Nərimanov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov, 22. Ruslan Tağızadə, 28. Emin Cəfərquliyev, 31. Şəhriyar Rəhimov
Baş məşqçi: Vaqif Sadıqov

“İnter” – “Sumqayıt” - 2:0
QOL: Abdulla Abatsiyev, 32; Vaqif Cavadov, 88
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu

“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 14. İlqar Ələkbərov, 88. Derlis Meza Kolli
Baş məşqçi: Kaxaber Sxadadze

“Sumqayıt”: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 25. Fərid Kərimzadə, 92. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Aqil Məmmədov


komandaoqhmtx
1
Qarabağ
16
9
6
1
28-9
33
2
Qəbələ
16
10
2
4
24-14
32
3
Neftçi
16
9
4
3
24-16
31
4
İnter
17
8
3
6
27-19
27
5
Bakı
16
7
3
6
27-18
24
6
Simurq17
5
7
5
16-14
22
7
AZAL
17
5
6
6
15-22
21
8
Xəzər L
16
3
7
6
11-21
16
9
Rəvan
16
1
6
9
9-28
9
10
Sumqayıt
17
1
4
12
8-28
7

Bombardir: Vaqif Cavadov (İnter) - 9 qol