Vaqif Sadıqov: Bu, mövsümdə ən zəif oyunumuz idi
14.12.2013 - 19:18
Vaqif Sadıqov: Bu,  mövsümdə ən zəif oyunumuz idi
“Bu mövsüm, demək olar ən zəif oyunumuz idi”. apasport.az saytının xəbərinə görə, bunu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

“Təyayrəçilər” Topaz Premyer Liqasının XVII turunda Zaqatalada “Simurq”a böyük hesabla uduzdular. 0:3 hesablı məğlubiyyəti şərh edən Sadıqov heyətdəki problemdən şikayətlənib: “Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü oyunda iştirak etmirdi. “Simurq”u qələbə ilə təbrik edirəm”.

Sadıqovun gürcüstanlı həmkarı Georgi Çixradze isə komandasının yaxşı oynadığını bildirib: “Yaxşı oyun göstərdik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli idik. Bunu bacardıq, komandaya təşəkkürümü bildirirəm. Soyuq havada sonadək bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram”.
pfl.az