Sxadadzenin qələbə şərhi
14.12.2013 - 19:28
Sxadadzenin qələbə şərhi
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının XVII turunda autsayder “Sumqayıt” üzərində qazanılan qələbəyə şərh verib. Apasport.az saytı xəbər verir ki, gürcüstanlı mütəxəssis əldə olunan 3 xala görə sevindiyini bildirib: “Komandamı təbrik edirəm. “Sumqayıt” əsasən gənc futbolçulardan təşkil olunub, sevindirici haldır ki, sonadək mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən üstün idi”.

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə oyunlarının alınmadığını vurğulayıb: “Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik, lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən narazıyam”.
pfl.az