Berti Foqts: Bir gündə 2 oyun
15.12.2013 - 12:27
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 2 oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis XVII turun bu gün baş tutacaq qarşılaşmaları zamanı stadionda olacaq.
67 yaşlı mütəxəssis əvvəl Bakı“ – “Qarabağ” görüşünü izləyəcək. Bu oyunun ardınca isə Foqts “Neftçi” – “Qəbələ” qarşılaşmasına yollanacaq.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu 14:00-da, “Neftçi” – “Qəbələ” matçı 18:00-da başlayacaq.

0
0