Millimizin oyunlarının biletləri satışa çıxarıldı
15.12.2013 - 13:21
Millimizin oyunlarının biletləri satışa çıxarıldı
Futzal üzrə Avropa çempionatının final mərhələsinin biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da iştirak edəcəyi Avro-2014-ün oyunlarını izləmək istəyənlər 5 və ya 10 avroluq bilet almalıdır.

Belçikada keçiriləcək yarışın qarşılaşmalarını 12 yaşadək uşaqlar və əlillər pulsuz izləyə biləcək. Onlar 2014-cü il yanvarın 28-də start götürəcək çempionat matçlarına sərbəst giriş əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İtaliya və Sloveniya ilə mübarizə aparacaq.