Kamran Ağayev meydana qayıdır
15.12.2013 - 13:38
Azərbaycan milli komandasının və “Bakı” klubunun qapıçısı Kamran Ağayev meydana qayıdır. Apasport.az saytının məlumatına görə, xeyli müddət zədədən əziyyət çəkən və əməliyyata məruz qalan təcrübəli qolkiper Topaz Premyer Liqasının bu gün keçirilən “Qarabağ”la qarşılaşmasında start heyətində yer alıb.
Adı az əvvəl açıqlanan start heyətlərində olan Kamran təxminən 2 aydan sonra meydana çıxacaq. Qapıçı Premyer liqada sonuncu oyununu IX turun elə “Qarabağ”la görüşündə keçirmişdi. Həmin matçda 3 top buraxan Ağayev komandasını darmadağından xilas edə bilməmişdi – 0:3. Oktyabrın 4-dəki matçdan 72 gün sonra Kamran yenidən iş başında olacaq.
Millinin qolkiperi zədədən əvvəl son matçını yığmada keçirmişdi. Oktyabrın 15-də Rusiya ilə 1:1 hesablı heç-heçə ilə bitən matçın iştirakçısı olan Ağayev ümumilikdə 61 gündən sonra meydana çıxacaq.

0
0