Mundialın yarımfinalçıları müəyyənləşdi
15.12.2013 - 14:42
Mərakeşdə keçirilən X klublararası dünya çempionatında ¼ final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa və Cənubi Amerika təmsilçilərinin azad olduğu mərhələdə favoritlərin rəqibləri müəyyənləşib.
Çinin “Quançjou Everqrand” klubu Afrikanın ən güclüsü “Əl Əhli”ni məğlub edərək mərhələ adlayıb. Asiyalılar dekabrın 17-də keçiriləcək ilk yarımfinalda “Bavariya” ilə üz-üzə gələcək.
Yarışa meydan sahibi kimi qatılan “Raca Kasablanka” isə növbəti qələbəsini qazanıb. Mərakeş təmsilçisi Meksikanın “Monterrey” klubunu əlavə vaxtda üstələyib - 2:1. Afrikalılar dekabrın 18-də baş tutacaq yarımfinalda “Atletiko Mineyro” (Braziliya) ilə qarşılaşacaq.
Klublararası X dünya çempionatı
1/4 final
14 dekabr
“Quançjou Everqrand” (Çin) – “Əl Əhli” (Misir) – 2:0
“Raca kasablanka” (Mərakeş) - “Monterrey” (Meksika) – 2:1

0
0