“Qarabağ”ı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən”
15.12.2013 - 16:54
“Qarabağ”ı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən”
“Yetirmələrimi təbrik edirəm. Bizim üçün çox vacib qələbə oldu@. Apapsort.az saytının məlumatına görə, bu sözıəri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XVII turunun “Qarabağ”la oyunu (2:1) haqda fikirlərini açıqlayıb: “Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik. “Qarabağ” kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi olmalıdır. Komanda verilən tapşırıqları yeinə yetirdi. Məni narahat edən əsas məqam asanlıqla qol buraxmağımızdır. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq”.