Qurban Qurbanov şikayətləndi: Problemlərimiz var idi
15.12.2013 - 17:00
Qurban Qurbanov şikayətləndi: Problemlərimiz var idi
“Çox ağır oyun oldu. İstədiklərimizi əldə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Topaz Premyer Liqasının XVII turunun “Bakı” ilə oyunundakı məğlubiyyətə (1:2) şərh verib: “Problemlərimiz var idi. “Bakı”nı qələbə ilə təbrik edirəm. Bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Oyunçularımız meydanda çox qaçdı, çox hərəkət etdilər. Rauf Əliyevi qol vurması ilə təbrik edirəm”.