Şahin Diniyev: Komandamdan razıyam
15.12.2013 - 18:39
Şahin Diniyev: Komandamdan razıyam
“Maraqlı oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunu baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran”la oyunundakı 0:1 hesablı məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb: “Komandamdan razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1:1 olsa idi, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”.