Puyol futbolla vidalaşır
15.12.2013 - 20:13
Puyol futbolla vidalaşır
“Barselona”nın təcrübəli müdafiəçisi Karles Puyol futbolçu karyerasını başa vurmaq qərarı alıb. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniyanın “Mundo Deportivo” qəzeti xəbər yayıb.

Belə ki, son 3 mövsümdə zədələrdən yaxa qurtara bilməyən və bu səbəbdən də formadan düşdüyünə inanan Puyol bu qərara gəlib. Kataloniya təmsilçisinin yetirməsi olan 35 yaşlı oyuçu başqa klubda çıxış etməmək üçün futbolla vidalaşacaq.

Qeyd edək ki, 1999-cu ildən “Barselona”ın əsas komandasında çıxış edən puyol 15 mövsümdə 586 matça çıxıb və 16 qol vurub.