Syomin: Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa…
15.12.2013 - 20:54
Syomin: Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa…
“Çox maraqlı, qol epizodları ilə bol oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XVII turundakı 2:1 hesablı məğlubiyyəti dəyərləndirib: “Futbolçularıma iradım yoxdur. Səhvlri nəzər almasaq, ümumilikdə yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa, demək onlardan zəifik”.

Mənbə: pfl.az