Nduka və Popoviçin komandası evdə 3 xal qazandı
15.12.2013 - 22:15
Nduka və Popoviçin komandası evdə 3 xal qazandı
Türkiyə PTT Birinci Liqasında XVII turun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Usim Nduka və Andrey Popoviçin çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu növbəti oyununu keçirib.

Oyunçularımızın komandası doğma arenada “Boluspor”u qəbul edib. Görüş ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu matçda millimizin sabiq müdafiəçisi Nduka “18-lik” heyətdə yer alsa da, 90 dəqiqə ehtiyyatda qalıb, qapıçımız Popoviçin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 12 xalla turnir cədvəlinin 18-ci pilləsində yer alır.