“Meydana çıxmazdan öncə nəticəni bilirdik”
16.12.2013 - 00:09
Topaz Premyer Liqasının XVII turunda “Qəbələ”ni qəbul edən “Neftçi” 2:1 hesablı qələbə qazandı. Oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran “Neftçi” klubunun kapitanı Rəşad Sadıqovun layiqli qələbə qazandıqlarını vurğulayıb.
- Turnir cədvəlindəki vəziyyət matçın maraqlı və gərgin keçəcəyindən xəbər verirdi. Belə ki, bu oyuna qədər “Qəbələ” ikinci, biz isə üçüncü pillədə qərarlaşmışdıq. İki iddialı komandanın dueli oldu. Fikrimcə, qələbəyə layiq idik. Çünki qol epizodlarımız daha çox oldu.
- 3 qoldan ikisi penaltidən vuruldu. Hakimin qərarları ilə nə dərəcədə razısınız?
- Hakim artıq qərarını vermişdi. Bundan sonra nə qədər mübahisə etsək də, qərarını dəyişməyəcəkdi. Ona görə də oyunu davam etdirdik və sonda layiq olduğumuz qələbəni qazandıq.
- Hesabat turunadək zirvədə qərarlaşan “Qarabağ”ın məğlub olmasının oyununuza nə kimi təsiri oldu?
- Düzdür, meydana çıxmazdan öncə “Bakı” – “Qarabağ” görüşünün nəticəsini bilirdik. Ancaq biz daha çox öz oyunumuza köklənmişdik. Hansı pillədə olmağımızdan asılı olmayaraq, bizə hər zaman deyirlər ki, çıxın, oyununuzu oynayın. Başqa komandanın nə etməsi bizi maraqlandırmır. Hər görüşdə 3 xal qazanıb, çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik.
- Oyunda gərginlik kifayət qədər yüksək idi. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Çünki iki iddialı, çempionluq uğrunda mübarizə aparan komanda qarşılaşırdı. Rəqib sona yaxın vaxt aparmağa çalışdı. Bu da başadüşülən idi. Çünki azlıqda qalmışdılar.
- Azarkeşlərin Amit Quluzadəni təhqir etməsi onun “Neftçi”nin yetirməsi olmasından qaynaqlanmır?
- Səbəbini deyə bilmərəm. Ancaq futbolçulara qarşı bu cür ifadələr işlədilməsi yaxşı hal deyil.
- Hava şəraiti oyununuza mənfi təsir etmədi?
- Hava qarşılaşmanın gözəlliyini artırdı. Sürətli oynamağımıza şərait yaratdı. Həm də şərtlər hər iki komanda üçün eyni idi.

0
0