Millimizin üzvü 2-ci Bundesliqada ötürmə etdi və qol vurdu - FOTO
16.12.2013 - 09:43
21 yaşadək millimizin futbolçusu Tuğrul Erat Almaniya 2-ci Bundesliqasında 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçumuz “Fortuna”nın Kotbusda “Energi” ilə oyununda yenə start heyətində meydana çıxıb və 90 dəqiqə meydanda olub.
Cəzasını başa vurmuş U-21-in digər yeni üzvü Ərən Taşkın isə ilk dəfə əsas komandanın “18-liy”ində olub. O, sonadək ehtiyatda oturub.
Görüşə gəlincə, Düsseldorf təmsilçisi “Kayzerslautern”dən sonra ardıcıl 2-ci səfər matçından da qələbə ilə ayrılıb – 3:1. Maraqlıdır ki, Erat bu matçda 1 ötürmə edib və 1 qola imza atıb. O, 63-cü dəqiqədə hollandiyalı hücumçu Çarlison Bensxopun fərqlənməsinə şərait yaradıb. Görüşdə son qolu isə Erat vurub. 84-cü dəqiqədə hesab arasındakı fərqi 2-yə çatdıran Tuğrul 2-ci Bundesliqa tarixində qol vuran millimizin ilk üzvü kimi tarixə düşüb.
Qeyd edək ki, sağ cinah yarımmüdafiəçisi olan Tuğrul Erat bundan öncə çıxış etdiyi “Fortuna” U-23-də cari mövsüm 4 qola imza atmışdı.

0
0