“İkinci hissənin gedişatı zamanı əzələlərimdə problemlər vardı”
16.12.2013 - 10:09
“Həmişə çox işləmişəm. Hətta ikinci komandada olanda da çox məşq etmişəm. İndi isə bunun nəticəsi olaraq əsas komandada 2 oyun keçirməklə və rəqib qapısına fərqlənməklə mükafatlandırıldım”. Apasport.az saytının məlumatına görə, bunu U-21 millimizin və “Fortuna”nın yarımmüdafiəçisi Tuğrul Erat deyib.
Kotbus “Energi”si ilə oyunda 1 məhsuldar ötürmə edən və 1 qola imza atan Erat Düsseldorf klubunun əsas komandasında 2-ci matçını keçirib. Onun əsas komandaya cəlb olunmasından sonra ardıcıl 2-ci qələbəsini, özü də səfərdə qazanan “Fortuna” hazırda turnir cədvəlində 25 xalla 9-cu pillədədir.
Erat oyundan sonra qarşılaşma haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, əzələsində problemlər ola-ola qol vurub: “İkinci hissənin gedişatı zamanı əzələlərimdə problemlər vardı. Ancaq ağrıya dözmək üçün dişimi sıxmalı oldum. Düşünürəm ki, buna dəyərdi. Çünki qol vurdum”.

0
0