Kapello FİFA-ya Bakıdakı heç-heçədən danışdı
09.01.2014 - 07:25
Kapello FİFA-ya Bakıdakı heç-heçədən danışdı
Futbol üzrə Rusiya millisinin baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsinin son turundakı Azərbaycanla oyunla bağlı açıqlamalar verib. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan italiyalı mütəxəssis yığmamızla 1:1 hesablı heç-heçəni dəyərləndirib:

“Mənim məqsədim kifayət qədər aydın idi. Seçmə mərhələnin əvvəlindən futbolçularıma demişdim ki, biz liderik və iradə nümayiş etdirməliyik. Hətta Azərbaycana qarşı keçirdiyimiz son matça belə yüz faiz əminliklə çıxmamalı olduğumuzu demişdim. Məlum olduğu kimi, həmin oyunun son dəqiqələrdə bizə baha başa gələ biləcək bir qol buraxdıq”.

Xatırladaq ki, həmin matçda Rusiya millimizə məğlub olsaydı qrupdan lider kimi çıxa bilməyəcəkdi.