Nizami Hacıyev: “Poqon” mənə təklif etdiyi pulu burda bir oyuna alıram
14.01.2014 - 00:00
Nizami Hacıyev: “Poqon” mənə təklif etdiyi pulu burda bir oyuna alıram
“Polşaya gedişim son anda baş tutmadı. Çünki “Poqon” mənə az pul verəcəyini bildirdi”. Bunu apasport.az saytına “Qəbələ”nin yarımmüdafiəçisi Nizami Hacıyev deyib.

Dekabrda “Poqon” klubuna keçməyə çox yaxın olan Hacıyev transferin baş tutmamağına aydınlıq gəlib: “Qəbələ”dən məni buraxacaqdılar. Bunda bir problem yox idi. Sadəcə, menecerim mənə dedi ki, “Poqon” çox az pul verir. Halbuki, həmin pulu “Qəbələ”də bir oyuna alıram. Ona görə də özüm belə az maliyyə şərtləri altında oynamaq istəmədim”.

Qeyd edək ki, 2012-ci ilin qışında da Nizami Hacıyevin “Poqon”a keçmək variantı var idi. Ancaq onda futbolçunun məxsus olduğu “İnter” Polşa klubundan 100 min avro pul istədiyi üçün transfer baş tutmamışdı.

Səbuhi TOFİQOĞLU
Bələk