Foqts klublarımızın oyunlarını izlədi - FOTO
16.01.2014 - 01:13
Foqts klublarımızın oyunlarını izlədi - FOTO
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rollf ötən gün Türkiyənin Antalya şəhərindəki “Adora Golf Resort” mehmanxanasının stadionunda “Rubin” (Rusiya) klubunun məşqini, “Titanic Deluxe Belek” otelinin stadionunda “İnter” – “Holşteyn Kil” (Almaniya) yoxlama oyununu və “Mardan Sport Complex” stadionunda “Neftçi” – “Partizan” (Albaniya) qarşılaşmasını izləyiblər.

Qeyd edək ki, B.Foqts və V.Rollf yanvarın 14-də “IC Hotel and International Comfort, Football Centre”nin stadionunda “Xəzər Lənkəran” – “Çaykur Rizespor” yoxlama oyununa baxmışdılar.

Mənbə: affa.az