1 illik müqavilə - 38 yaşlı hücumçu ilə
13.08.2021 - 17:39
İtaliyanın “Cenoa” klubu futbolçusu Qoran Pandevlə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 38 yaşlı veteran hücumçunu heyətində saxlayıb.
Pandevlə yeni müqavilə imzalanıb. O, 2022-ci ilin yayına qədər Genuya klubunda çıxış edəcək.
Qeyd edək ki, Pandev 2015-ci ildən “Cenoa”da oynayır. O, ötən mövsümdə 30 oyunda 7 qol vurur.
0
0