1 manatlıq Azərbaycan derbisi
05.02.2022 - 15:48
1 manatlıq Azərbaycan derbisi

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Apasport.az saytının birincilərin mətbuat xidmətinə istinadən məlumatına görə, biletlərin qiymətləri də açıqlanıb.

“Bakcell Arena”da baş tutacaq Azərbaycan derbisini 3A sektorundan izləmək istəyən azarkeşlər 5 manat, digər sektorlarda əyləşmək istəyənlər isə 1 manatdan keçməli olacaqlar. Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar oyun günü start fitinə qədər işləyəcək.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.