1 milyard avroluq təklif – Messiyə
07.08.2021 - 10:17
1 milyard avroluq təklif – Messiyə

“Barselona”dan ayrılaraq azad agent statusu daşıyan Lionel Messi daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, Qətərin “Əl-Sadd” klubu argentinalı superulduza fantastik müqavilə təklif edib.

34 yaşlı oyunçunun sabiq komanda yoldaşı Xavi Ernandesin çalışdırdığı “Əl-Sadd” ona 3 illik saziş müqabilində 1 milyard avro ödəməyə boyun olub. Ancaq futbolçunun PSJ-yə keçməsi gözlənilir.

Qeyd edək ki, Lionel Messi MLS-dən gələn təklifləri rədd edib.