İnstaqram reklam paylaşımının qiymətinə əsasən illik reytinq siyahısını dərc edib.
Apasport.az saytının məlumatına görə, cədvələ Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo başçılıq edir.
O, sosial şəbəkədəki bir paylaşımı üçün 1,6 milyon dollar qazana bilər. Bu, tarixdə ilk belə hadisədir ki, cədvəlin ilk pilləsində futbolçu qərarlaşıb. Ötən reytinqdə Ronaldo yalnız üçüncü idi. Həmin vaxt onun bir reklam postu 889 min dollar qazanc gətirirdi.
36 yaşlı hücumçu instaqramda ümumilikdə ildə 40 milyon dollar qazanır. Bu da onun “Yuventus”dakı maaşından çoxdur.
Qeyd edək ki, 300 milyondan çox izləyicisi olan Ronaldo instaqramda ən populyar adamdır.