“Herta”nın baş məşqçisi Yurgen Klinsmann istefa verib.
Apasport.az saytının məlumatına görə, bunu 55 yaşlı mütəxəssis özü feysbuk səhifəsi vasitəsilə bəyan edib.
Klinsmann Berlin klubundakı 10 həftəlik fəaliyyətinə son qoymağını kollektivdə birliyin olmaması ilə əlaqələndirib: “Bu qısa müddətdə bir çox maraqlı olaylar yaşandı. Klub rəhbərliyi çətin anlarda kollektivə dəstəyini əsirgəmədi. Ancaq baş məşqçi kimi bütün futbolçulara etibar etməliyəm. Təəssüf ki, bu birliyi qura bilmədim”.
Qeyd edək ki, Yurgen Klinsmann “Herta”nın baş məşqçi postuna ötən il noyabr ayının 27-də təyin edilmişdi.