10 milyon avroluq endirim – “İnter”dən
01.05.2020 - 13:46
İtaliyanın “İnter” klubu futbolçusu Milan Şkrinyarın yeni transfer qiymətini müəyyənləşdirib.
Apasport.az saytnın məlumatına görə, 25 yaşlı müdafiəçisinin qiyməti aşağı endirilib.
Milan təmsilçisi slovakiyalı oyunçu 70 milyon avroya satmağa hazırdır. Hərçənd bir müddət öncəyədək A seriyası klubu Skrinyar üçün 80 milyon tələb edirdi. 10 milyonluq endirimlə yanaşı, “İnter” onunla müqaviləni da uzatmaqla bağlı danışıqlar da aparır.
Qeyd edək ki, “İnter”lə müqaviləsi 2023-cü ilin yayına qədər olan futbolçu cari mövsümdə 32 oyun keçirib.
0
0