10 milyon avroluq təklif
24.11.2022 - 22:24
10 milyon avroluq təklif

Mönhenqladbax "Borussiya"sının futbolçusu Markus Türam karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, "Nyukasl" 25 yaşlı hücumçunun xidmətində maraqlıdır.

"Sağsağanlar" mövsümün sonunda Almaniya klubu ilə müqaviləsi başa çatan forvard üçün qış transfer pəncərəsində 10 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Markus Türam Bundesliqanın cari mövsümündə 15 oyunda 10 qol vurub.

0