10 milyonluq transfer - “Milan”dan
31.01.2020 - 13:26
İtaliyanın “Milan” klubu növbəti transferini gerçəkləşdirib.
Apasport.az saytının məlumatına görə, İngiltərənin “Uiqan” klubunun müdafiəçisi Entoni Robinson karyerasını A seriyası təmsilçisində davam etdirəcək.
22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Milana yollanıb. İtaliyalılar bu transfer üçün 10 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, sol cinah müdafiəçisi “Everton”un futbol akademiyasının yetirməsidir. O, son iki ili icarə əsasında “Bolton” və “Uiqan”da keçirib. Sonuncular mövsümün əvvəlində 2 milyon funt sterlinqə transfer edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0