Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” TFF I Liqada növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bursa təmsilçisi VI turda “Tuzlaspor”un qonağı olub.
Ötən turda sonradan meydana daxil olaraq iki məhsuldar ötürmə ilə yadda qalan Ələskərov bu dəfə start heyətində yer alıb. 33-cü dəqiqədə “Tuzlaspor”un müdafiəçisi İsmail Konuk qırmızı vərəqə alıb. Ev sahibləri təxminən bir saat azlıqda çıxış etməsinə baxmayaraq, matçda hesab açılmayıb – 0:0
Namik isə bu görüşü əvəz edilmədən keçirib. Aktivindəki xalların sayını 5-ə yüksəldən “timsah” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər