1000 qələbəyə çatan 5-ci klub
02.05.2022 - 12:52
1000 qələbəyə çatan 5-ci klub

Fransa Liqa1-nin XXXV turunda “Lion” səfərdə “Marsel”i 3:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, bu görüş “Lion” üçün xüsusi önəm kəsb edib.

Çünki komanda Liqa1 tarixində 1000-ci qələbəsini qazanıb. “Aslanlar” ölkə çempionatında 1000 qələbəyə çatan beşinci klubdur. Bu siyahıya həmçinin “Marsel” (1149 qələbə), “Bordo” (1074), “Sent-Etyenn” (1062) və “Monako” (1040) daxildir.

Qeyd edək ki, aktivində 55 xal olan “Lion” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.