103 milyonluq müqavilə - "Yuventus"dan
13.02.2020 - 00:00
103 milyonluq müqavilə - "Yuventus"dan

"Yuventus" yeni sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi "Allianz" şirkəti ilə əməkdaşlığı uzadıb.

Anlaşmaya əsasən adıçəkilən şirkət 2030-cu ilin yayına qədər "qoca sinyora"nın əsas sponsoru olacaq. İlk müqaviləsində klubun stadionunun ad hüququna yiyələnən "Allianz"ın loqotipi bundan sonra komandanın formasında da görünəcək. Yeni müqavilə "Yuve"yə 103,1 milyon avro qazandıracaq.

A seriyası təmsilçisi İtaliya kubokunun yarımfinal mərhələsində "Milan"la sabah keçiriləcək matça yeni formalarla çıxacaq.