İngiltərə polisi AVRO-2020-nin finalında İtaliya ilə keçirilən oyundan sonra baş verən hadisələri araşdırmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, “Uembli” stadionundakı qarşılaşmadan sonra sosial şəbəkələrdə irqçi ifadələrə yol verən şəxslər bir-bir müəyyənləşdirilir.
Yerli orqanlar yarımmüdafiəçilər Bukayo Sako, Ceydon Sanço və hücumçu Markus Reşfordun ünvanına irqçi təhqirlər yazanlardan 11-ni artıq aşkara çıxararaq, həbs edib. Gənc futbolçular penaltilər seriyasında zərbəni qola çevirə bilmədikləri üçün təzyiqlə üzləşiblər.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan final matçında ingilislər penaltilər seriyası ilə (2:3) məğlub olaraq, Avropa çempionluğunu əldən verib.