111 milyonu ödəməyə hazırdırlar – “İnter”ə
19.02.2020 - 15:46
111 milyonu ödəməyə hazırdırlar – “İnter”ə

“Barselona” “İnter”in hücumçusu Lautaro Martinesdən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb.

“Real”ın da argentinalı forvarda maraq göstərməsi “Barselona” rəhbərliyini daha cəld hərəkət etməyə vadar edir. İspaniya çempionu futbolçunun 111 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır. Hətta “neradzurra” əlavə bonuslar da qazana bilər. “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalın da bu keçid zamanı qarşı tərəfə transferi istisna edilmir.

Qeyd edək ki, Lautaro Martines “İnter”ə 2018-ci ildə “Rasinq”dən keçib.