1/16 finalın cütləri müəyyənləşdi - Azərbaycan kubokunda
23.01.2020 - 12:55
1/16 finalın cütləri müəyyənləşdi - Azərbaycan kubokunda

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, bugünkü tədbir Bakı İdman Sarayında baş tutub.

Bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u Yüksək Liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa iştirakçılarıdır. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivlərdir.

Azərbaycan kuboku
1/16 final
1. “Araz” – “Baker Hughes”
2. “Marafon” – “Altay”
3. EKOL – NTD
4. “Neftçi” – “Gənclik”
5. “Baku Fire” – “Advokat”
6. “Premier” – “Bibi-Heybət”
7. “Bakı” – “Nəqşicahan”
8. “Record club” – “Hövsan”
9. “Xızı Futzal” – “Baker Tilly”
10. “Yasamal” İSK – “Atletiko Baku”
11. “Standard” – “Dalğa”
12. “Forza Neftçi” – “Badamlı”
13. “Star karqo” – “Star karqo-2”
14. “Red Line” – “Borçalı”
15. “Baku Fans” – “Zəngilan”
16. “Yasamal” İSK-2 – “Yurd”
 
1/8 final
17. 1-9
18. 2-10
19. 3-11
20. 4-12
21. 5-13
22. 6-14
23. 7-15
24. 8-16
 
1/4 final
25. 17-21
26. 18-22
27. 19-23
28. 20-24

1/2 final
29. 25-27
30. 26-28

Final
31. 29-30

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 6-da, 7-də və 8-də, cavab görüşləri isə bir həftə sonra – fevralın 14-də , 15-də və 16-da keçiriləcək.