12 oyun buraxacaq - Beyl
18.09.2021 - 23:28
İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beylin meydana qayıdışı yubanacaq.
Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu iki aya yaxın meydanlardan kənarda qalacaq.
Sentyabrın 11-dəki məşq zamanı əzələsindən xəsarət alan Beylin təxminən bir aya bərpa olunacağı gözlənilirdi. Lakin indi onun noyabrdan tez qayıtmayacağı üzə çıxıb.
Onun “Selta” ilə matç öncəsi aldığı zədə ümumilikdə 12 oyun buraxması ilə nəticələnəcək. Beyl La Liqanın 9, Çempionlar Liqasının 3 matçını buraxacaq.
Qeyd edək ki, Qaret “Real”a keçəndən sonra 24-cü dəfə zədələnib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0